Müğənni Nura Surinin verilişdə gözləri dolub.
OLAY yazır ki, hadisə “Özəl” proqramında yaşanıb. Belə ki, sənətçinin uşaqlıqdan bu günə olan görüntülərinin əks olunduğu video göstərilib. Bu zaman balacalıq şəklini görən sənətçi kövrəlib.
Aparıcı Kazım Sübhan bunun səbəbini soruşduqda isə Nura “Özümə uşaqlıqda baxanda gözlərim dolur”, - deyə, bildirib.
N. Suri həmçinin şəkil çəkdirməyi çox sevdiyini və kiməsə nəsə sübut etmək lazım olduqda həmin fotolardan istifadə etdiyini qeyd edib.