Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, “Qırmızı” yutub layihəsində qeyd edib ki, uşaqlıqdan bəri 5 qız övladının olmasını arzulayır.
“Həmişə, istəmişəm ki, 5 qız övladım olsun. İnşallah, tezliklə bunun həyəcanını, sevincini yaşayacam. Hələ birincisinin…”.
Qeyd edək ki, cütlüyün yaxın vaxtlarda qızı dünyaya gələcək. Onlar uşaqlarına Ayla adını qoyacaqlarını bildirib.