Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov maraqlı açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, “Gəl qonaq ol” proqramında qonaq olan cütlük şəxsi həyatları barədə verilən sualları cavablandırıb.
Z. Bayramov Sevdanın çox qısqanc olduğunu bildirib:
“Təbii ki, qısqanclıqlar olur. Nə yaxşı ki, ifrat dərəcədə deyil. Sevdanın mənə qarşı qısqanc olması normadadır. Biz Sevda xanımla ruhən bir-birimizə bənzəyirik. Ailə qurandan sonra başa düşdük ki, çox uyğunuq. Sevda yanımdadırsa, özümü çox xoşbəxt hiss edirəm”.
Sevda isə həyat yoldaşının açıqlamasına “Mən də razılaşıram. Biz bir-birimizi tamamlayırıq. Bir il 3 aydır ki, ailə qurmuşuq. Çox sevinirəm ki, onun kimi bir insan qarşıma çıxıb”,- deyərək əlavə edib.