Mərhum Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov uzun müddət sonra atası ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “O üz” verilişinə danışıb. Tural deyib ki, atasının bəzi fikirləri yanlış anlaşılıb:
“Eldəniz Zeynalov xəstə olanda atamdan başqa demək olar heç kim yanına getmirdi. Vəziyyəti çox ağır idi, onun üçün bazarlıq edirdi. Heç vaxt da dilə gətirmirdi. İstəmirdi ki, aktyoru alçatsın. İndikilər istəyirlər, desinlər ki, aktyor acından ölürdü. Bir dəfə demişdi ki, istəyərəm, aktyorlar yaxşı dolansınlar, yaxşı maaş alsınlar. Bunu da hər kəsə aid edib, ümumi deyib, bəziləri səhv anlayıblar. Elə başa düşüblər ki, özü üçün şikayət edir. Amma belə deyil. Hər kəs istəyər ki, öz sahəsində olan insanlar yaxşı dolansınlar. Bəziləri elə bilir ki, atamın öz vəziyyəti pis olub, şikayət kimi dilə gətirib. Varlı olmasa da, özünə görə imkanı olub, bacardığı qədər kasıb adamlara da yardım edib”.