“Xınalarda vəziyyət yaxşıdır. Yalandan deyim ki, iş yoxdur. Belə deyil. Məclislər var, çağırırlar, istəyirlər. Biz də əlimizdən gələni edirik. Bu sahədə Nazilə Səfərli, Fatimə Fətəliyeva var. Özümə xına sferasında rəqib görmürəm”.
OLAY yazır ki, bu sözləri “Space magazin”ə açıqlamasında aparıcı Çinarə Əliyeva deyib. Çinarə həm də müğənnilərin aparıcılardan narazılıq etməsindən danışıb:
“Müğənnilər ona görə bəyənmir ki, deyirlər, sən bizim səviyyəmizdə olmayan, toy ifaçılarını da çağırırsan. Ona görə narazılıq olur. Amma bu aparıcıdan asılı deyil. Danışmadığım müğənnilər olub, mənə axşamdan deyiblər ki, qonaqlar bu sənətçilərdir. Mən də təqdim etmişəm. Eyni hal toylarda da olub ki, onları gözəl təqdim etmişəm. İş işdir. Şou-biznesdə kameraya işləmək var, mən belə etmirəm, necəyəmsə elə olmuşam. Mən əməliyyatları gizlətmirəm, burnumda da, bədənimdə də əməliyyat var.
Əgər kompkleksim varsa, pulum olubsa, etdirmişəm. Danmamışam ki, neçə dəfə əməliyyat olunmuşam, həmişə demişəm. İndi ən böyük arzum ana olmaqdır. Bilirəm ki, o da 2023-də olacaq. Efirdə gözəl aparıcılarımız var. İllərdir bu sahədədirlər, məni isə efirlə yox, xına ilə tanıyırlar. Son zamanlar bloger deyirlər.
Özümü bloger kimi görmürəm, amma aktrisa ola bilərəm. Aktrisa-aparıcı kimi təqdim edirlər. Mənim isə aparıcı deyilməsi daha çox xoşuma gəlir. Bir dəfə instaqramda xanım həmkarlarımdan birinin ünvanına söz demişəm, onunla da barışmışıq, zəng edib bir-birimizi anlamışıq. Demişəm ki, mən etdiyimi etmə. İnsan pozitiv olmalıdır, görməlidirlər ki, yaxşısan. Qarşı tərəf görəndəki qəmli status qoyursan, həyatında yenilik yoxdur, sevinir. Düşmənləri sevindirmək olmaz”.