Ssenarist və aktyor Məcid Hüseynov “Hozu Cangüdən” filmi üçün avtomobilini satdığını açıqlayıb.
OLAY yazır ki, bu haqda o, “Fəlidən doğru xəbər” verilişinə qonaq olarkən danışıb.
“Filmin cüzi sponsoru var. 10 faizini sponsor, 90 faizini özüm vermişəm. Maşınımı satıb, ora qoymuşam”, - deyə, aktyor qeyd edib.
Xatırladaq ki, layihənin premyerasında ekran işinin büdcəsinin 200 mindən yuxarı olduğu vurğulanmışdı.