“Hozu Cangüdən” filminin təqdimatı baş tutub.
OLAY yazır ki, “Park Cinema”da keçirilən qala gecəsində ekran işinin aktyorları iştirak edib.
Bundan əlavə sənət aləmindən bir çox tanınmış sima da premyeraya qatılıb.
“Bu dəfə də Hozu obrazını mən oynayıram. Film 8 aya ərsəyə gəlib. Çəkilişlər Qax və Bakıda olub. Filmin büdcəsi isə 200 mindən yuxarıdır”, - deyə, layihənin ssenaristi və aktyor Məcid Hüseynov bildirib.