TV proqram
TV proqram

Sanura Əməkdar artistin sözlərinə qarşı çıxdı

Sanura Əməkdar artistin sözlərinə qarşı çıxdı

Aktrisa Sanura Cəfərova Əməkdar artist Münəvvər Əliyevanın “Universitetlər niyə var?” deyərək sosial şəbəkələrdən pul qazanan məşhurları tənqid etməsinə münasibət bildirib.

OLAY yazır ki, bu haqda o, “MTV xəbər”ə danışıb. Sanura həmkarının sözlərinı qarşı çıxıb.

“O qədər incəsənət yetirmələri görmüşəm ki, hec cür potensial yoxdur. Əgər bu insanın qabında yoxdursa, təhsilin burada bir önəmi yoxdur”, - deyə, Cəfərova qeyd edib.

Xatırladaq ki, M. Əliyeva müsahibəsində “Onda uşağımı oxutdurmayım, sosial şəbəkə ilə məşğul olsun, paylaşsın, populyar olsun, pul qazansın. Bəs universitetlər niyə yaranıb? Oxumaq niyə var? Universitetləri ləğv etsinlər, sosial şəbəkə ilə reklam olunsunlar” deyərək, sosial şəbəkə məşhurlarının bir çoxunun savadsız olmasına eyham vurmuşdu.