Müğənni Vüsal Əliyev plastik əməliyyat etdirib.
OLAY yazır ki, bu barədə sənətçi “Həmin Zaur” verilişində açıqlama verib.
O, aparıcı Zaur Kamalın “Əməliyyat olunmusan” sualına “Mən 20 ildə bəlkə 20 dəfə arıqlayıb kökəlmişdim. Son vaxtlar idman edirdim, pəhriz saxlayırdım. Üzüm pis vəziyyətə düşürdü, deyirdilər, xəstələnmisən. Liposaksiya etdirdim”, - deyə, bildirib.