“Bəzən köhnə mahnıları tanımadığımız sənətçilər korlayırlar. Son vaxtlar mən yeni ifaçılardan uzaqlaşmışdım. Çünki mənə pis təsir edir ki, mahnıları korlayırlar”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” verilişinə canlı bağlantı ilə qoşulan Xalq artisti Brilliant Dadaşova deyib. O, həmçinin haqqında yayılan yalan məlumatlardan söz açıb:
“Kədərimi bölüşməyi sevməmişəm. İstəmişəm ki, sevincli anlarımı tamaşaçılarla paylaşım. Bəzən tamaşaçılar, daha çox rəqiblər bundan istifadə edir, olmayan söhbətlər çıxarırlar. Ağlıma gəlməyən şeyləri həyatıma yapışdırıblar. Danışmadığıma görə, qoşub düzüblər. Şayiələr çoxaldıqca, insanlar ona daha çox inanır. Deyirlər, yalanlar 20-30 il davam edəndə həqiqətə çevrilir. İnandıra bilmirsən ki, bu dedi-qodudur, böhtandır”.