TV proqram
TV proqram

“O filmin adını mən qoymuşam”

“O filmin adını mən qoymuşam”

Xalq şairi Ramiz Rövşən “Ölsəm, bağışla” filminin adının onun eyni adlı şeirindən götürüldüyünü bildirib.

OLAY yazır ki, bu barədə R. Rövşən “O üz” verilişinə müsahibəsində deyib.

Yazıçı mərhum Xalq artisti Rasim Ocaqovla dostluğu və filmin adının necə ərsəyə gəldiyi haqda söz açıb:

“Biz Rasimlə dost olmuşuq, ona çap olunmamış şeirlərimi oxuyurdum. Hardasa 80-ci illərin əvvəlində yazdığım şeirim vardı. Rasim onu çox sevirdi. Fikri var idi ki, filmdə o şeir səslənsin. Ancaq Fəxrəddin Manafovun canlandırdığı qəhrəman şeir deyən obraz deyildi. Dedim ki, bəlkə, filmin adını elə “Ölsəm, bağışla” qoyaq? Mən o şeiri yazanda Rasimin nə ssenarisi, nə də filmi vardı…”.