Xalq artisti Cavan Zeynallı sənətə yenicə addım atan gənclərə üzünü tutaraq onu narahat edən məqamlara toxunub.
OLAY yazır ki, cazmen bu barədə “MTV xəbər”ə müsahibəsində deyib.
Zeynallı bir çoxlarını pul verib sənətə gəlməkdə təqsirləndirib.
“Danışmaq yaxşı şeydir, çox cavanlar danışır, amma ortada heç nə yoxdur… O tərəf, bu tərəfdən yaxşı pul verirlər. Deyir, mən bu mahnını oxuyum, siz də yaxından göstərin ki, məni görsünlər, işıq da salın. Bu nədir? Haradadır o musiqi? Oradan-buradan oğurlayırlar, deyirlər ki, təzə nəsə yazmışam. Çünki içərisi boşdur. Hamısı yalandır”, - deyə, ifaçı qeyd edib.