“Keçən mövsüm proqram saat 9:00-da başladığı üçün səhər 5-də oyanırdım. Onsuz gecə həyatım yoxdur, lakin gec yatırdım. İndi isə 10-da başlayır. Onun üçün 6-da oyanıram”.
OLAY yazır ki, bu sözləri məşhur aparıcı Afaq Gəncəli “Özəl” proqramına açıqlamasında bildirib.
“Səhər Mərkəzi”nin aparıcısı erkən saatlarda tamaşaçı qarşısına çıxmasından danışıb. Daha sonra o, şou-biznes aləmini dəyərləndirib:
“Bizim müğənnilərdə kompleks yaranıb. Hardasa onlara haqq qazandırıram. Onlar bu günə kimi “efirə mən tək gəlirəm” sözünü deməyiblər. Bütün mərhələlərdən keçiblər. Bəlli sənətçilər var ki, efirə gələndə qonaq barədə soruşurlar. Amma başqaları nə haqla soruşur? Hələ tezdir. Bunun üçün illərini xərcləməlisən”.
Bundan əlavə, Afaq xeyli çəki atdığını da qeyd edib: “11 kilo arıqlamışam. Bir az səhhətimlə bağlı problemlər oldu. Həm də düşündüm ki, arıqlamaq lazımdır”.