TV proqram
TV proqram

“Bu analar qızlarının evini yıxır”

“Bu analar qızlarının evini yıxır”

Əməkdar artist Gülşad Baxşıyeva boşanmaların sayının artmasında gənclər qədər valideynləri də günahlandırıb.

OLAY yazır ki, sənətçi bu haqda “Açıq söhbət” verilişinə qonaq olarkən danışıb.

Baxşıyeva bildirib ki, heç kim yaşadığı həyata qane olmaq istəmir:

“Evlənirlər, 2-3 aydan sonra deyir ki, sən məni təmin etmirsən. Gəlinlərin tələbatı həddindən artıq çoxalıb. Baxmır ki, bu fəhlədir. Dəxli yoxdur, deyir, məni təmin etsin. Ay balam, sən bilmirdin kimə gedirsən, bu nə qədər pul qazana bilər? Sən milyonerə ərə getməmisən, maaşa baxan bir oğlana getmisən. Ona görə də ayağını yorğanına görə uzat. İndi elə deyil, qız anası da oradan çıxır, qızını yaşatmaqdan ötrü atılır meydana. Deyir, mən hər şeyi edəcəm ki, qızım bəxtəvər olsun. Nədir? Mən istəyirəm ki, oğlum bədbəxt olsun? Bununla da onlar öz övladlarının evini yıxırlar. Kimsə yaşadığı həyata qane olmaq istəmir. İşləmək də istəmir, qane olmaq da…”.