Aparıcı Kazım Sübhan “MTV Azərbaycan” kanalına söz atıb.
OLAY yazır ki, bu barədə o, “Özəl akustik” verilişində müğənni Elvin Mirzəzadəni qonaq edərkən danışıb.
Kazım Elvinlə həmkarı Sabir Əhmədov arasında yaşanan qalmaqala da toxunub.
K. Sübhan davanın yaşanmasına səbəb olan MTV-nin aparıcısı Afərim Qurbanlını reytinq naminə yanlışlara yol verməkdə ittiham edib:
“Hər bir ifaçını özünə uyğun danışdırın. Bir ifaçı sizdən qalmaqal istəyirsə, ona qalmaqal edin. Amma, məsələn, Elvin, nə vaxtsa görmüsünüz qalmaqal etsin? Onu qalmaqala çəkməyin. Çünki insan sizdən onu istəmir. İnsan deyir, mənim sənətimdən danışın, canlı musiqi olan verilişlərə dəvət edin. Bəzən jurnalistlər bu baxımdan yanlışlara yol verirlər. Öz reytinqi naminə kimi gəldi qalmaqala çəkirlər. Hələ mən verilişdən sonrakı məqamları demirəm. Qeyri-peşəkarlıq nümayiş etdirirlər. Veriliş sonrası kulisdə yaşananlardan sujet hazırlayırlar. Buna sadəcə qeyri-peşəkarlıq adı verərdim”.
Qeyd edək ki, MTV-də “Səhərin səsi” verilişinin canlı efirində aparıcının sualından sonra Elvinlə Sabir arasında dava düşüb. Onlar studiyanı tərk edərək söhbətə kənarda davam ediblər. Kanalın əməkdaşları onları ayırmağa çalışıb. MTV kulis arxası anları səhifəsində paylaşıb.