Aparıcı Çinarə Əliyeva açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, kişilərin şou-biznesdəki xanımlara yaxınlaşmağa çəkindiklərini bildirib.
Bu barədə Çinarə “Mtv maqazin” verilişinə danışıb.
“Evlənib-boşanıb, sosial şəbəkədə özlərini üzə çıxarırlar. Adi insanların da həyatında ayrılıq olur, sadəcə biz şou-biznesdə olduğumuz üçün çox çətindir. Kişilər bizimlə münasibət qurmağa qorxurlar, amma qorxmayın”, - deyə, Əliyeva qeyd edib..