Bir müddətdir efirlərdən və sosial şəbəkələrdən uzaq düşən müğənni Mirkamil Kamilovla bağlı qohumları açıqlama verib.
OLAY yazır ki, “Günün sədası” proqramında qonaq olan müğənni Ramal İsrafilov və qardaşları Valehlə Vüsal Mirkamildən söz açıb. Ramal “Bu sənətdəsənsə, küsmək olmaz. Mirkamilə də deyirəm, göz önündəyik. Nə etsək, bəlli olur”, - deyə, bildirib.
Vüsal İsrafilov isə onlardan hər kəsin Mirkamili soruşduğunu söyləyib: “Deyirik, Mirkamil, gəl, daşı tök ətəyindən. Deyir ki, hələ hazırlaşıram”.
Qeyd edək ki, M. Kamilov bir müddət əvvəl yenidən sosial şəbəkə hesablarını sıfırlayıb.