Xalq artisti Flora Kərimova plastik əməliyyat etdirdiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə sənətçi “Günaydın Azərbaycan” verilişində danışıb. Kərimova deyib ki, göz nahiyəsi ətrafında əməliyyat etdirib, lakin uğurlu keçməyib:
“Eynəyi çıxara bilmirəm. Bir naşının əlinə düşdüm. O naşı da yöndəmsiz əməliyyat etdi. Bu gün-sabah da onun sözünü deyəcəm. Bura da elə həvəslə, forsla gəlmişəm. Bir saat güzgüyə baxdım ki, bəlkə eynəksiz yaxşı olar. Plastik əməliyyat idi, o da heç lazım deyildi”.