Xalq artisti Natiq Şirinov özünü ona bənzətməyə çalışanlardan danışıb.
OLAY yazır ki, sənətçi bu haqda “Günün sədası” verilişinə qonaq olarkən söz açıb.
“Mənə baxıb özünü oxşadanlar çoxdur, amma onlar nağara çalan, ritm qrupu deyil. Ola da bilməzlər… O vaxt ritmin arxasında duran insan olursan ki, sən ən aşağısı bir saat yarım konsert verməlisən… Bunları demək mənim borcumdur, bu giley, şikayət deyil. Bu musiqilərə tək biz qulaq asmırıq, bədnam qonşu qulaq asır gülür, dünya qulaq asır gülür”, - deyə, Şirinov qeyd edib.