TV proqram
TV proqram

Hissin adını Sirr qoymaq istəyirlərmiş...

Hissin adını Sirr qoymaq istəyirlərmiş...

“Avroviziya mənə maraqlı deyil. Özümü ağır məsuliyyətin içərisinə salmaq istəmirəm. Mən o ağırlığı üzərimə götürə bilmərəm. Özüm rahatam və istəmirəm ki, kimsə məndən asılı olsun. İndi dövr dəyişib. Avroviziya ilə tək populyarlıq olmur, mənim üçün gündəm deyil”. 

OLAY yazır ki, bu sözləri Hiss “Özəl” proqramında qonaq olarkən deyib.  O, Avroviziya beynəlxalq mahnı müsabiqəsinə getmək istəmədiyini bildirib. Sənətçi daha sonra şou-biznes ulduzlarını tənqid edib:

“Əhatə önəmlidir. 9 axmağın içində oturacaqsansa, sən də axmaq olacaqsan. Bizim şou-biznesi bilirsiz. Mahnı yaratmaq istəmirlər. Hər kəsin bir yolu var. Hər ay bir mahnı çıxarıb gündəmdə qalırlar. Hamı ilə əlaqəm var, amma bu sferadan dostum yoxdur.  Eşidirəm, deyirlər ki, dünənin uşağıdır, onunla eyni səhnədə yer almaq istəmirəm. Onlara demək istəyirəm ki, əzizlərim, siz də uşaq olmusuz”. 

Gənc ifaçı ləqəbinin Hiss-dən əvvəl Sirr seçildiyini bildirib:

“Adım Röyadır. Hiss ləqəbini seçdim. Ondan əvvəl Sirr düşünülmüşdü. Mən Sirr-i çox sevirdim, özüm də sirli qızam. Komandam dəyişmək qərarına gəldi. Çünki Sirr adlı rok qrupu var idi. Hiss qoyduq, uğurlu da alındı. Amma dostlarım mənə gündəlik həyatda adımla müraciət edir”.