“Hər bir müğənninin populyarlıq dönəmi var. Düşünürəm ki, mən o dönəmi keçmişəm. İndi ada işləyən insanlar var”.
OLAY yazır ki, bu sözləri müğənni Nura Suri “MTV maqazin”ə müsahibəsində deyib.
Sənətçi özünü misal çəkərək ulduz xəstəliyinə tutulan həmkarlarına söz eşitdirib:
“Populyarlıq ömürlük bir şey deyil. Tarixdə qalan insanlara nəzər yetirsəz, vaxtından tez dünyadan köçən insanlardır. Elvis Presli olsun, Merilin Monro olsun… Hətta Madonna kimi bir müğənni popularlığını itirdi. Səhnə çox qalmağı sevmir. Axı indi zövqlər dəyişib, yeni nəsil, gənclər gəlir. Bunu qəbul etmək normal şeydir. Məndə heç vaxt ulduzluq xəstəliyi olmayıb deyə bunları normal qəbul edirəm və real baxıram hər şeyə”.