Xalq artisti Məleykə Əsədova həkimlərin ürəyinin zəiflədiyini deyib.
OLAY yazır ki, bu barədə o, “7 canlı” verilişində danışıb. Əsədova söyləyib ki, bununla bağlı həkimlər ona məsləhət də verib:
“Ürəyim zəifləyib. Həkimlər məsləhət görürlər ki, çox ağır obrazlar oynama, ürəkdən oynayırsan. Deyirəm, bunun üçün yaranmışam. Qızdırmalı olsam da, səhnəyə çıxacam, tamaşamı oynayacam. Orada Məleyklə yox, Nurcahan, Kleopatra, Şirin, Selcan, İlkcan və ya Natavanam. 33 ildir bu şöhrəti, alqışı görürəm, Allaha çox şükür edirəm. Qorxduğum bir şey varsa, insanlardır. Deyirəm, tanrı bizi mərdimazarlardan uzaq etsin. Mənim balaca da olsa, öz dünyam var. Orada qızım, sənətim və özüməm. Belə yaşayıram”.