TV proqram
TV proqram

“O dostları ətrafımdan təmizlədim”

“O dostları ətrafımdan təmizlədim”

Müğənni Niyam Salami dostları tərəfindən zərbə aldığını söyləyib.  

OLAY yazır ki, bu barədə o, “Səhərin Səsi” proqramında qonaq olarkən danışıb. Sənətçi bildirib ki, yaxşılıq etdiyi şəxslərdən pislik görüb:

“Allah mənə o günü göstərməyib ki, şou proqramlarımda çıxış üçün dostlarımdan endirim istəyim. Mən onlara artıq pul vermişəm. Pisliyin də artığını görmüşəm. Qayda belədir. Yaxşılıq etdiklərim birinci mənə səhv edir. Zibil qutusunda otursalar, onların yanında oturaram ki, dostumdur. Allah başınıza daş salmasın. Haçana qədər paxıllıq edəcəksiz? 46 yaşım olacaq. Bu yaşdan sonra etdiyim pislikləri davam etməliyəm? Onları ətrafımdan təmizlədim”.