Xəzər TV-nin efirində Cənubi Azərbaycandan olan həmvətənlərimizə daha bir mesaj göndərilib.
OLAY yazır ki, “Xəzər axşamı” verilişi canlı yayıma “Qanlı zəmi” filmindən bir fraqmentlə başlayıb.
Fraqmentdə diqqət çəkən hissə Qaçaq Nəbinin İran şahının göndərdiyi elçiyə “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır” deyərək, ona bir şillə vurması olub.
Rəhim Rəhimlinin ifasında “Araz axır qıyqacı” mahnısının sədaları altında səhnəyə çıxan aparıcılar - Mətanət Əliverdiyeva və İslam Mehrəliyev də Qaçaq Nəbinin dediyi sözləri təkrarlayaraq molla rejiminə qarşı xüsusi mesajlar göndərib.
Onlar Cənubi azərbaycanlı ifaçı Əli Pormehri səhnəyə dəvət ediblər: “Arazın o tayı da, bu tayı da bizim doğma Vətənimizdir. Oradakı soydaşlarımızı salamlayaraq, “Biz sizi sevirik!” deyirik”.
Qeyd edək ki, “Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova da efirdə Cənubi azərbaycanlıları salamlayıb.