Prezident Donald Tramp “Tik-Tok”dakı izləyici sayı ilə bağlı yanlış məlumatlar yayıb.
OLAY yazır ki, o, hətta Teylor Svifti də geridə qoyaraq tətbiqin ən populyar istifadəçisi olduğunu iddia edib.
ABŞ prezidenti bu açıqlamaları Ağ Evdə keçirilən mətbuat konfransı zamanı, Çinin bu tətbiqin yaradılmasında iştirakı ilə bağlı suala cavab verərkən verib.
“Bu barədə təxminən iki gün əvvəl məlumat verildi, yeni rəqəmlər indicə ortaya çıxıb. Bilirsiniz, TikTokda böyük fərqlə ən populyar kimdir?” deyə Tramp tətbiqin adını səhv tələffüz edərək bildirib.
O, sözlərinə belə davam edib: “Tramp, mən. Mən bir nömrəyəm... Teylor Svift on birinci yerdə idi. Mən “TikTok”da böyük fərqlə bir nömrəyəm. Rəqəmlər indicə gəldi... Mən böyük fərqlə birinciyəm. Onları mənə göndərdilər, siyahı birinci və ikinci yerləri göstərir. Mən böyük fərqlə birinci yerdəyəm.”