54 yaşlı iş adamı İlon Mask tarixdəki ilk trilyonçu olub.

OLAY yazır ki, “SpaceX” şirkətinin rekord həcmli “IPO”su nəticəsində Maskın sərvəti 1,1 trilyon dolları ötüb.

“SpaceX” səhmləri 135 dollar qiyməti ilə yerləşdirilib və şirkət “IPO” vasitəsilə təxminən 75 milyard dollar vəsait cəlb edib. Bu, ABŞ tarixində ən böyük “IPO” hesab olunur və şirkətin dəyərini təxminən 1,77 trilyon dollara çatdırıb.

Forbes daha əvvəl Maskın sərvətini təxminən 780–800 milyard dollar səviyyəsində qiymətləndirirdi. “SpaceX”in birjaya çıxışı isə onu dünyanın ilk rəsmi trilyonçu edib.