“Survivor 2026” mövsümünü ikinci yerdə başa vuran Nagihan Karadere yarışmadan sonra keçirdiyi estetik əməliyyatla yenidən gündəmə gəlib.
OLAY yazır ki, “Parkurların kraliçası” kimi tanınan Karadere səhhəti ilə bağlı sosial media hesabında açıqlama verib.
“Əziz dostlar, hər kəsə salam. Məndən narahat olmayın, mən çox yaxşıyam. Həyatıma normal şəkildə davam edirəm. Kiçik bir əməliyyat keçirmişəm, amma gündəlik həyatımı davam etdirirəm. Arvenimlə birlikdə ana-qız gözəl vaxt keçiririk. Hər şey qaydasındadır, dostlar” deyə Nagihan bildirib.