1997-ci ildə Parisdə baş vermiş avtomobil qəzasında 36 yaşında həyatını itirən Şahzadə Diana haqqında maraqlı faktlar üzə çıxıb.
OLAY yazır ki, Diana yaxın dostu, məşhur modelyer Canni Versace kimi öldürüləcəyindən və ya qəzaya bənzədilmiş bir hadisənin qurbanı olacağından ehtiyat edirmiş.Versacenin 15 iyul tarixində qətlə yetirilməsindən sonra Diananın sevgilisi Dodi Fayedin cangüdəni Lee Sansum onu yaxtanın göyərtəsində tək gördüyünü bildirib. Sansumun xatirəsinə əsasən, Diana bir müddət dənizə baxdıqdan sonra ona üz tutaraq “Səncə, mənə də eyni şeyi edərlər?” deyə sual verib.
Daha sonra, o, rəfiqəsi ilə danışarkən “Məni zəhərlə və ya başqa insanların da zərər görəcəyi böyük təyyarədə öldürməyəcəklər. Bunu kiçik təyyarədə, avtomobildə, helikopterdə və ya Canni Versace kimi güllələməklə edəcəklər” deyə qorxusunu dilə gətirib.