Bir müddət əvvəl narkotik aludəçiliyindən müalicə olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilən aparıcı Nəsimi Nəbizadə oradan qaçıb.
OLAY yazır ki, bu haqda mərkəzin instaqram səhifəsində paylaşım edilib. Mərkəzin rəhbəri videoaçıqlama yayıb:
"Bir gün əvvəl onun dişi qoyulmuşdu. Ona maşın hədiyyəsi var idi. Hətta demişdim ki, sağalandan sonra Həcc ziyarətinə gedəcəyik. Dedi ki, şəhərə gəzməyə getmək istəyirəm. Onu apardım şəhərə. Bir yerdə oturduq yemək yeməyə, ayaqyoluna getdim, gəldim ki qaçıb".