Musiqi
Musiqi

Çingizdən tənqidlərə cavab!

Çingizdən tənqidlərə cavab!

Müğənni Çingiz Mustafayev “Vay-vay” adlı yeni mahnısına gələn mənfi iradlara münasibət bildirib.

OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib.

“Əziz dostlar, izləyicilər. 2 gün öncə yayımladığım “Vay-vay” adlı pop janrında mahnıma müxtəlif məzmunlu fikirlər gəldi. Mən 15 ildir ki, musiqi fəaliyyəti ilə məşğulam. Yaradıcılığımın hər dönəmində müxtəlif musiqi janrlarda əsərlər ərsəyə gətirmişəm. Son 3 ildir elektron musiqiçi şapkam altında çox müxtəlif əsərlər yaratdım və yaratmağa davam edirəm. Bu janrda məni dinləyən bir auditoriya formalaşdı. Onlar məni 15 ildir fərqli musiqilər yaradan Çingiz Mustafayev kimi yox, son 3 ildir tanıdıqları qəlibdə, çərçivədə tanıdılar.

Dünya musiqi, sənət endustriyasına bələd olanlar bilirlər ki, hər bir artistin “commercial” və “nom-commercial” tərəfləri var. Mənim pop janrda ifalarımı dinləyən yüz minlərlə insanlar var. Onların da məndən gözləntiləri var. Həvəslə, istəklə, sevgi ilə məndən işlər gözləyirlər. Onlarla da aramızda bir bağ və sevgi var. Son 3 ildə mənim bu tərzdə “Can-can” , “Tənha gəzən”, “Get”, “Dəyməz” kimi ifalarım olub. Hər biri 10 milyonlarla insan tərəfindən dinlənilib, bəyənilib. Bizim daxilə səyahət, axtarışlar etdiyimiz qədər də əylənmək, sevinmək kimi seçimlərimiz, haqlarımız var. Yaşamımızda və yaradıcılığımızda balansı qorumaq çox vacibdir. Hər bir janrda dinləyicilərim üçün işlər istehsal edirəm və etməyə davam edəcəm. Unutmayın, bu yaşam, bu həyat sağ qalmaq və qalib olmaq uğrunda bir mübarizədir. Sevgi ilə qalın”, - deyə, Çingiz qeyd edib.