Musiqi
Musiqi

Ulduz reperlərdən birgə məktub

Ulduz reperlərdən birgə məktub

50 sent, Post Malon, Alisia Keys, 21 Seveyc, Kristina Aqilera, Dreyk, Cek Harlou və Travis Skott birgə açıq məktub yayımlayıb.

OLAY yazır ki, onlar rep sözlərinin ABŞ məhkəmələrində cinayət dəlili kimi istifadə edilməməsini bildiriblər.

“The New York Times” və “Atlanta Journal-Constitution”da yayımlanan “Art on Trial: Protect Black Art” (Günahlandırılan sənət: “Qara” sənətini qoruyun”) başlıqlı məktuba 50 sent, Post Malon, Alisia Keys, 21 Seveyc, Kristina Aqilera, Dreyk, Cek Harlou və Travis Skott imza atıb.

Yayımlanan məktuba “Warner”, “Sony” və “Universal” kimi musiqi şirkətləri ilə yanaşı,  “Spotify”, “TikTok” və “YouTube Music” də dəstək verib.

Məktubda hakimlərin iclaslarda rep sözlərini dəlil olaraq istifadə etməklərindən vaz keçilməsi istənilib.

Edilən açıqlamada “Reperlər həm yaxşını, həm də pisi oynaya bilən qarışıq obrazlarla dolu dünyalar yaradan hekayə danışanlardır. Ancaq rep sözləri, digər sənət formalarına görə qaradərililərin yaradıcılığını və sənətçiliyini istintaqa cəlb etmək üçün etiraf olaraq istifadə edilir”, - deyə, bildirilib.

Məktubda mahnı sözlərinin bu şəkildə istifadə edilməsinin yanlış olduğu və qanunla qorunan ifadə azadlığının pozulduğu yazılıb.