Musiqi
Musiqi

Aygünlə Emindən duet - VİDEO

Aygünlə Emindən duet - VİDEO

Xalq artistləri Aygün Kazımova və Emin Ağalarov “Azərbaycan” adlı duetlərini təqdim ediblər.

OLAY yazır ki, A.Kazımova daha əvvəl Emin tərəfindən ifa edilmiş, indi isə duet versiyası təqdim olunan mahnı haqda bu sözləri yazıb:

“Bu gün bütün dünya azərbaycanlıları üçün əlamətdar gün - Dövlət Bayrağı Günüdür! Dostum - Azərbaycanın Xalq artisti Eminlə birlikdə həyəcan və qürurla “Azərbaycan” adlı duetimizi sizə təqdim edirik! Qoy, Azərbaycan bayrağı həmişə ölkəmizin üzərində qürurla dalğalansın, bizi yeni nailiyyətlərə ruhlandırsın! Bayramınız mübarək!”.

Qeyd edək ki, mahnı “Youtube”da və digər dijital platformalarda təqdim edilib.