Musiqi
Musiqi

Kanyenin yaratdığı Akademiyada etiraz!

Kanyenin yaratdığı Akademiyada etiraz!

Dünyaca məşhur repçi Kanye Uest tərəfindən qurulan özəl xristian məktəbi olan Donda Akademiyasının bir neçə müəllimi reperin antisemit (irqçi) bəyanatlarından sonra müəssisəni tərk edib.

OLAY yazır ki, bu barədə TMZ məlumat yayıb. Onun yəhudilər haqqında nifrət dolu şərhləri, Corc Floydun ölümünü elan etməsi və “Ağların həyatı önəmlidir” paltarı geyinərək çölə çıxması akademiyanın professor-müəllim heyətini qəzəbləndirib və  bir neçə əməkdaşın etiraz əlaməti olaraq oranı tərk edib.

Bundan sonra musiqiçi sosial şəbəkələrdə məktəbinin bağlandığını yazsa da, sonradan bu paylaşımı silib.

Tələbələrin bəzi valideynləri artıq övladlarını müəssisədən çıxarıblar.