Musiqi
Musiqi

Xərçəngə tutulduğunu açıqladı

Xərçəngə tutulduğunu açıqladı

“Nightwish”in vokalisti Flur Cansen döş xərçənginə tutulduğunu açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi “NME” nəşrinə açıqlamasında bildirib.

Cansenə iki həftə əvvəl diaqnoz qoyulub və tezliklə şişi çıxarmaq üçün əməliyyat olunacaq.

O, qadınları daha tez-tez müayinədən keçməyə və sağlamlıqlarına diqqət etməyə çağırıb.