44 yaşlı aktrisa Marlin Barret uşaqlıq və yumurtalıq xərçəngi ilə mübarizə apardığını açıqlayıb.
OLAY yazır ki, bu barədə “People” nəşri xəbər yayıb. Nasaz olan Barrett həkimə gedib, bundan sonra diaqnozu öyrənib.
“Doqquz aylıq hamilə kimi görünürdüm. Məndə də nəfəs darlığı var idi, amma ağrı yox idi, bu maraqlı idi”, - deyə Marlin bildirib.
Sənətçi hazırda kimyaterapiya müalicəsi alır.
Qeyd edək ki, sənətçi “Chicago Med” teleserialında aktrisa döş xərçəngi ilə üzləşmiş baş tibb bacısı Meqqi Lokvud rolunu oynayıb.