ABŞ rus müğənni Jasminə (əsl adı Sara Şor) qarşı sanksiyalar tətbiq edib.
OLAY yazır ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında məlumat verilib.
ABŞ Maliyyə Nazirliyi Moldovanın müxalifət partiyası Şorun lideri, Jasminin həyat yoldaşı İlan Şora da sanksiya tətbiq edib.
Bundan başqa, ABŞ 12 Rusiya təşkilatı və 8 şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalanlar sırasında sahibkar, xeyriyyəçi İqor Çayka, moldovalı oliqarx Vladimir Plahotniuc da var.