Ukraynanın Əməkdar artisti Svetlana Loboda “Elle”yə müsahibəsində yaradıcılıq planlarını açıqlayıb.
OLAY yazır ki, sənətçi Ukrayna dilində bir çox mahnılar buraxacağını bildirib. O, həmçinin bir neçə ingilis dilində mahnı yazdırmağı planlaşdırır.
“Mən istəyirəm ki, mahnılarımın mənası dünyanın istənilən yerində olan hər bir tamaşaçıya aydın olsun”, - müğənni qeyd edib.
Bundan əvvəl Loboda ABŞ-dakı xeyriyyə konsertlərində yeni konsert proqramı ilə çıxış edəcəyinə söz vermişdi.
Xatırladaq ki, müharibədən əvvəl Loboda Rusiyada fəaliyyət göstərib və hazırda ölkənin istənəməyən məşhurlar siyahısındadır.