Ukraynanın Xalq artisti, MDB-də populyar olan müğənni Ani Lorakın Almaniya şəhərlərinə qastrol səfəri ləğv edilib.
OLAY yazır ki, bu barədə musiqi tənqidçisi Sergey Sosedov BLITZ+ portalına müsahibəsində deyib.
Sosedov hesab edir ki, buna səbəb konsert biletlərini ala bilməyən avropalıların yoxsulluğu olub:
“Hansı pula gedəcəklər? Lorakın Almaniyada necə sevildiyini bilmirəm, orada nə qədər məşhur olduğunu da…”
Bundan əvvəl isə Lorakın Avropa turu fəalların və Ukrayna Mədəniyyət Nazirliyinin qəzəbinə görə ləğv edildiyi söylənilib.