Rusiyanı tərk edən, mahnıları ölkə radiolarından silinən iki müğənni – Xalq artisti Alla Puqaçova və müğənni Zenfira bir araya gəlib.
OLAY yazır ki, Ukraynadakı əməliyyatları tənqid edən ulduzlar İsraildə görüşüblər. Belə ki, Alla həmkarının Təl-Əvvivdəki konsertində iştirak edib.
Puqaçova “Zemfira! Şəxsiyyət! İstedad! O, uşaq kimidir - həssas, lakin əyilməzdir. Bravo”,- deyə instaqram hesabında paylaşıb.