Son zamanlar açıqlamaları ilə gündəmə gələn reper Kanye Uestin yaxınları onun üçün narahat olduqlarını bildiriblər.
OLAY yazır ki, “Page Six”ə danışan tanışları onun bu hərəkətlərinin səbəbini də açıqlayıblar.
Onlar bildirib ki, Ye bipolyar pozuntusu səbəbilə belə addımlar atır.
Qeyd edək ki, Kanye son zamanlar keçmiş həyat yoldaşı Kim Kardaşyan, onun ailəsi, həmçinin, yaxın dostları barədə paylaşımlar edir.