Musiqi
Musiqi

“Yalla” qrupunun keçmiş üzvü dünyasını dəyişdi

“Yalla” qrupunun keçmiş üzvü dünyasını dəyişdi

Tanımış özbək musiqiçisi Davron Qaipov dünyasını dəyişib.

OLAY yazır ki, onun şəkər xəstəliyindən əziyyət çəkdiyi və on il əvvəl böyrəyinin çıxarıldığı məlum olub. Davronun ölümü səbəb də elə böyrək çatışmazlığı göstərilib.

Avtomobil qəzasına düşdükdən sonra musiqiçinin vəziyyəti daha da pisləşib. O, iki həftə reanimasiyada yatıb.

Xatırladaq ki, Qaipov 1980-ci illərə qədər Fərrux Zakirovun yaratdığı “Yalla” folk-rok qrupunun gitara ifaçısı olub. Onu Özbəkistanın ilk rokçusu da adlandırırdılar. “Yalla”dan ayrıldıqdan sonra Qaipov “Orijinal” qrupunu yaradıb və ömrünün son illərində “Bayram Film” şirkətinin baş prodüseri vəzifəsində çalışıb.