Musiqi
Musiqi

Nigar yeni mahnısını təqdim etdi

Nigar yeni mahnısını təqdim etdi

Əməkdar artist Nigar Şabanova yeni mahnısını təqdim edib. 

OLAY yazır ki, son günlər ayrılıq xəbərləri ilə gündəmə gələn xanəndə “Ağla xatirə” adlı mahnısını ifa edib və ona videorolik hazırlatdırıb. 

Bəstənin musiqisi İlkin Həsən, sözləri Elçin Məhərrəmova məxsusdur. Klipin rejissorluğunu isə Bahti edib. 

Yeni işindən danışan Nigar şəxsi həyatı ilə bağlı açıqlama verməyəcəyini vurğulayıb.

“Mən oxumağımla, işlərimlə cavab verirəm”, - deyə, sənətçi bildirib.