Musiqi
Musiqi

Azərbaycan Avroviziyadan çəkilir?

Azərbaycan Avroviziyadan çəkilir?

Ötən gün İctimai TV-nin təqdim etdiyi yeni mövsüm təqvimində Avroviziya Mahnı Müsabiqəsi barədə hər hansı bir məlumat verilməyib.  

OLAY yazır ki, sözügedən açıqlamada futbol üzrə Dünya Çempionatı, güləş üzrə Dünya Kuboku kanal tərəfindən canlı yayımlanacağı bildirilsə də, Avroviziyanın adı çəkilməyib.

Bu da suallar ortaya çıxarıb ki, Azərbaycan beynəlxalq layihədən geri çəkilir.

OLAY mövzu ilə bağlı İTV-nin direktor müavini Tural Sevdimalı ilə əlaqə saxlayıb. Kanal rəsmisi bununla bağlı hər hansısa bir məlumatın olmadığını qeyd edib. “Hər şey öz qaydasındadır”,- deyə T. Sevdimalı bildirib. 

İctimai TV-nin Aparat rəhbərinin müavini Ələsgər Vəliyev iddiaları təkzib edib:

“Biz yeni televiziya mövsümü ilə bağlı açıqladığımız məlumatda heç də proqramda nəzərdə tutulan bütün verilişlər və layihələr haqqında məlumat verməmişik. Çünki həcm baxımdan məlumat çox geniş alınırdı. Həmin məlumat əsasən yeni layihələrdən, serialllardan, ilk dəfə nümayiş etdiriləcək filmlərdən və müəllif proqramlarından bəhs edir. Press-relizdə o da qeyd edilib ki, indiyədək İctimai Teleradioda çox izlənilən, ictimaiyyətin sevdiyi digər bütün verilişlər, layihələr və proqramların yayımı davam edəcək. Avroviziya isə ənənəvi olaraq İctimai Telelviziyanın hər il yayımladığı beynəlxalq Mahnı Müsabiqəsidir. Bu yarışmanı İctimai TV Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən bəri hər il yayımlayır. Yəni bu məsələdə yeni bir xəbər yoxdur. Ona görə də, Avroviziyanın yayımından imtina haqqında iddialar əsassızdır”.

Samirə Ərəblinskaya