Rusiyanın Xalq artisti Alla Puqaçovanın direktoru Yelena Çuprakova müğənni və rəqqas Boris Moiseyevin ölümü ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, StarHit-ə müsahibəsində deyib.
“Məncə, Puqaçova dəfndən xəbərdardır. Mərasimin keçirilməsi üçün kömək edəcək”, - deyə Çuprakova qeyd edib.
Xatırladaq ki, Puqaçova və Moiseev uzun illər dost olublar. Sənətçi yaradıcılıq fəaliyyətinə Allanın çıxışlarında rəqqas kimi başlayıb.