Ukraynanın Əməkdar artisti Svetlana Loboda ABŞ-da keçiriləcək xeyriyyə konsertlərində yeni proqramla çıxış edəcəyinə söz verib.
OLAY yazır ki, bu barədə o, teleqram kanalında məlumat yayıb. “Yeni proqram və sinqllar hazırlayırıq! Mən bunu həqiqətən səbirsizliklə gözləyirəm”, - deyə Loboda yazıb.
O, 2022-ci ilin payızında ABŞ-da xeyriyyə konsertlərinin keçiriləcəyini xatırladıb. Loboda bir sıra tədbirlərin başlamasını gözləyə bilmədiyini etiraf edib. Müğənninin sözlərinə görə, əldə etdiyi vəsaitin bir hissəsini doğma şəhərinin (İrpen) bərpasına xərcləyəcək.
Qeyd edək ki, İrpen şəhərinin bir hissəsi Rusiya hücumları zamanı dağıdılıb.