Musiqi
Musiqi

Azərbaycanın Avroviziyadan imtina səbəbi…

Azərbaycanın Avroviziyadan imtina səbəbi…

İctimai TV Azərbaycanın Uşaq Avroviziya mahnı müsabiqəsindən geri çəkilmə səbəbi barədə açıqlama verib.

OLAY yazır ki, kanalın mətbuat xidmətindən “12xal”a bildirilib ki,  Azərbaycan Uşaq sözügedən yarışmada hər il iştirak etmir:

“Builki Uşaq Avroviziya müsabiqəsi üçün seçim turu keçirilməyib. Məsələn, ötən il “Səs Azərbaycan” musiqi yarışının qalibi ölkəmizi təmsil etmişdi. Amma bu il o müsabiqə olmadı. Və bundan başqa, potensial namizədlər barədə bizə heç bir müraciət daxil olmayıb. Ona görə də ölkəmiz bu il Uşaq Avroviziyasında iştirak etməyəcək”.