Məşhur amerikan reper Tekashi 6ix9ine (əsl adı Daniel Hernandez) Rusiyaya dəstəyini ifadə edib.
OLAY yazır ki, o, Moskvada verdiyi konsert zamanı Rusiyanın ikinci vətəni olduğunu və ölkəyə səfər etməkdən çəkinmədiyini bildirib.
Bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.
“Mən ora getməkdən qorxmuram, çünki, mənim ailəmdir, Rusiya mənim ikinci vətənimdir. Əgər ölsəm, məni Amerikaya göndərməyin, Rusiyada basdırın”,- deyə sənətçi bildirib.