Musiqi
Musiqi

Zeynep dünya trendlərində

Zeynep dünya trendlərində

Zeynep Bastık bu yayın ən hit mahnısı sayılan “Ara”nın uğurlu olması ilə yenidən gündəmə gəlib.

OLAY yazır ki, “Hello” dərgisi də bu münasibətlə Zeynep Bastıkı üz qabığına yerləşdirib. Fotosessiya ilə yanaşı jurnal ondan müsahibə də alıb.

Dərgidə “Ara” mahnısı haqda statistik məlumatlar da yer alıb. Bildirilir ki, mahnı yutubda 1 ayda 30 milyondan çox baxış toplayıb. “TikTok”da isə mahnıya 150 mindən çox video çəkilib.

Bir çox platformada Türkiyədə Top 50 siyahısında 1-ci pillədə qərarlaşan Bastık yutubda dünyada ən çox izlənilən kliplər arasında 31-ci yerədək yüksəlib.

Qeyd edək ki, “Ara” fransız mahnısı “Paro”nun türk versiyasıdır. Mahnıya hazırda yutubda 46 milyondan çox baxış var, dünya musiqi videoları içərisində isə 40-cı yerdədir.