Dünyaca məşhur müğənni Meray Keri 1990-cı illərdə yazdığı alternativ rok albomunu təqdim edəcək.
OLAY yazır ki, sənətçi bu barədə “Rolling Stone” podkastında çıxışı zamanı deyib.
O, söhbətin “Columbia Records” tərəfindən “dəfn edilən” 1995-ci il albomundan getdiyini vurğulayıb:
“Bu barədə heç kimin xəbəri yoxdur. Düzünü desəm, o zaman mən bir rekord buraxmaq istədim, lakin bu fikir rədd edildi”.