Son günlər boşanma xəbərləri ilə gündəmdən düşməyən Hadisenin “Sıfır tolerans” mahnısı yenidən trenddədir.
OLAY yazır ki, 2017-ci ildə təqdim edilən bəstənin yenidən trend olmasına səbəb isə müğənninin son konsertində bu mahnının fonunda üzüyünü çıxarıb atması olub.
Hadise bu barədə “Twitter”də paylaşım edərək “İllər sonra “Sıfır tolerans”ı iTunes-də yenidən birinci pillədə görmək inanılmaz bir hissdir. Bu mahnı hamımızındır!”, sözlərini yazıb.